"İnter" hazırda Tiflisdə təlim-məşq toplanışını keçirir
Dünən axşam Kaxaber Sxadadzenin yetirmələri Tiflisdəki ilk məşqinə çıxıblar. Hazırlığın planına əsasən, bu gün komandamız 2 dəfə məşq etməlidir.

Səhər saatlarında baş tutan çalışmalarda futbolçular isinmə hərəkətlərindən sonra fiziki hərəkətlər etdilər və topla çalışdılar. İkinci məşq isə axşam saatlarında keçiriləcək.

Qeyd edək ki, "İnter" "Olimpik" Uşaq-Gənclər Futbol Məktəbinin meydançasında məşq edir.

Xəbər 1085 dəfə oxundu.