Cüdoçularımızın Göygöl şəhərində təlim-məşq toplantısı başlayıb | |
Martın 7-də Göygöl Olimpiya Kompleksində böyüklərdən və gənclərdən ibarət milli yığmaların birgə təlim-məşq toplantısına start verilib. 85 cüdoçunun cəlb edildiyi təlim-məşq toplantısının əsas məqsədi idmançıların bacarıqlarını təkmilləşdirməsi ilə yanaşı, aprelin 1-3-də Antalyadakı “Böyük dəbilqə” turnirinə, eyni zamanda, Bolqarıstanda aprelin 29-u mayın 1-də keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Qeyd edək ki, bu hazırlıq gənclər arasında Azərbaycan birinciliyi başa çatdıqdan sonra yenidən formalaşdırılmış millinin ilk təlim-məşq toplanışıdır. Təlim-məşq toplanışı mart ayının 19-na kimi davam edəcək. |
|
Xəbər 340 dəfə oxundu. |
|
|