Türkiyə Birinci liqası: Azərbaycan futbolçusunun komandası səfərdə məğlub olub
Futbol üzrə Türkiyə Birinci liqasında 28-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Komanda səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

V,İsgəndərli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Keçiörengücü” 28 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər 507 dəfə oxundu.