“FIDE Grand Prix”: Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşye-Laqrav ilə qarşılaşacaq | |
Bu gün Belqradda “FIDE Grand Prix” seriyasının ikinci mərhələsinin ikinci turunun oyunları keçiriləcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov D qrupunda ikinci görüşünü Maksim Vaşye-Laqrava (Fransa) qarşı keçirəcək. Şahmatçımız birinci turda Çin təmsilçisi Yu Yangyi ilə qarşılaşmanı heç-heçə ilə başa vurub. Qeyd edək ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək. Hər turnirdə 16 oyunçu mübarizə aparır. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq. |
|
Xəbər 360 dəfə oxundu. |
|
|