Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib | |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Azsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikinci dövrənin doqquzuncu turunun oyunları martın 3-də baş tutacaq. Günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu matçdan 3 saat sonra “Ekspress”– “Sərhədçi” oyununa start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olunacaq. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq. |
|
Xəbər 325 dəfə oxundu. |
|
|