Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu üçün heyəti açıqlanıb | |
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində martın 8-14-də Albaniyada keçirəcək oyunlar üçün heyəti açıqlanıb. Millimiz seçmə mərhələyə hazırlıq məqsədi ilə martın 1-dən 4-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Heyətə Rabiyə Mustafazadə (“Xırdalan Siti”), Məryəm İsayeva (“Gömrükçü”), Aytac Mirzəyeva (“Neftçi”), Fatimeyi-Zəhra Hüseynli, Müjgan Seyidova (hər ikisi “Balxurma”), Aydan Həsənova (“Neftçi”), Şəkər Piriyeva (“Gömrükçü”), Lalə Abbaszadə (“Neftçi”), Lamiyə Adimova (“Qəbələ”), İntizar Haqverdiyeva (“Neftçi”), Mələk Hacıyeva (8-RİOEUGİM), Səma Həsənli (“Qəbələ”), Fatimə Məhərrəmli (“Gömrükçü”), Əsmayə Hacıyeva (8-RİOEUGİM), Şeyma Nur Gencay (“Yukatel Kayseri”, Türkiyə), Sumeyra Kesmez (“Aksaray Spor”, Türkiyə), Gülbahar Yıldız (“Yukatel Kayseri”, Türkiyə), Pərişan Abdullayeva (“Nuxa”), Məsumə Nəzərli və Röya Əliyeva (hər ikisi “Neftçi”) dəvət olunublar. Millimiz Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində martın 8-də Albaniya, ayın 11-də Şimali Makedoniya, üç gün sonra isə Şotlandiya seçməsi ilə qarşılaşacaq. |
|
Xəbər 339 dəfə oxundu. |
|
|