Azərbaycan Premyer Liqasının XVII turunun bütün görüşlərinə hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək görüşlərə hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 27-də “Bank Respublika Arena” stadionunda keçiriləcək “Sabah” – “Neftçi” oyunu ilə start veriləcək. Saat 17:00-da start götürəcək qarşılaşmanı Rauf Cabbarovun idarə edəcək.

Günün saat 19:15-də başlayacaq ikinci - “Sumqayıt”–“Qəbələ” matçının baş hakimi Vüqar Həsənli olacaq. Qarşılaşma “Kapital Bank Arena”da oynanılacaq.

Fevralın 28-də keçiriləcək iki qarşılaşma ilə tura yekun vurulacaq. İlk oyunda “ASCO Arena” stadionunda “Səbail” klubu “Zirə” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Turun son görüşü “Keşlə” klubu ilə lider “Qarabağ” komandaları arasında olacaq. Saat 19:15-də start götürəcək qarşılaşmanı Əliyar Ağayevin idarə edəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On altı turdan sonra turnir cədvəlinə 36 xalla “Qarabağ” klubu başçılıq edir. Bir oyun az keçirən ağdamlıları 29 xalla “Qəbələ” klubu izləyir. “Zirə” 28 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Neftçi” (25 xal), “Sabah” (20), “Keşlə” (14), “Sumqayıt” (13) və “Səbail” (11) yer alıblar.

Xəbər 337 dəfə oxundu.