UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi Sankt-Peterburqdan alınaraq Parisə verilib
UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq Fransanın paytaxtı Parisə verilib.

Bu barədə qitənin ali futbol qurumunun icraiyyə komitəsi qərar qəbul edib.

Qərara əsasən, final matçı Rusiyanın energetika nəhəngi, UEFA-nın əsas sponsoru “Qazprom”un vəsaiti ilə tikilmiş eyniadlı arenada deyil, Parisdəki “Stad de Frans”da oynanılacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

Final matçı mayın 28-də keçiriləcək.

Xəbər 513 dəfə oxundu.