“Simurq” hazırlıqlara başlayıb | |
Millinin oyunlarına görə Premyer Liqada yaranan fasilədən yararlanıb Gürcüstana təlim-məşq toplanışına yollanan “Simurq” hazırlıqlara başlayıb. Tiflisdəki “Kopala” otelində məskunlaşan komanda dünən axşam saatlarında ilk məşqinə çıxıb. İki saata yaxın davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində çalışıb. Daha sonra üç qrupa bölünən futbolçular, iki tərəfli oyunla bu günlük hazırlıqları tamamlayıb. Gürcü mütəxəssis Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışına əvəzedici heyətdən Arzuman Nəsibov, Həsən Qəhramanov və Ruslan Qetmanı da cəlb edib. Qeyd edək ki, “Simurq” sentyabrın 9-na qədər qonşu ölkədə qalacaq. Sabahdan sarı-qaralar gündə iki dəfə olmaqla təlim-məşq toplanışını davam etdirəcək. |
|
Xəbər 945 dəfə oxundu. |
|
|