Azərbaycanlı hakim “Çağırış kuboku”nun yarımfinal matçına təyinat alıb | |
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib. Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev fevralın 24-də keçiriləcək “Çağırış kuboku”nun yarımfinal matçını idarə edəcək. Azsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Z.Hacıyev Türkiyədə Mimar Sinan İdman salonunda qadın voleybolçular arasında “Aydın BB SK” (Türkiyə) və “Savino Del Bene” (İtalya) klublarının qarşılaşmasında ikinci hakim olacaq. Matçın birinci hakimi vəzifəsini serbiyalı Tomislav Popoviç yerinə yetirəcək. |
|
Xəbər 643 dəfə oxundu. |
|
|