“Arsenal”dan ayrılan ulduzlar xoşbəxt olur | |
Son illər kuboka həsrət qalan “Arsenal”dan ayrılan ulduzlar sözün əsl mənasında xoşbəxt olur. 2005-ci ildən bəri bu komandanı başqasına dəyişən futbolçular düz 44 kuboka sahib çıxıb. “Arsenal” özü isə heç bir kuboku başı üzərinə qaldıra bilməyib. 2005-ci ildə komandadan ayrılan Patrik Vieyra “Yuventus”la 3 dəfə İtaliya çempionatının, “Mançester Siti” ilə isə 1 dəfə İngiltərə Federasiya Kubokunun qalibi olub. 2006-cı ildə “Arsenal”ı tərk edən Sol Kempbell, Eşli Koul, Sebastian Larsson, Lauren və Xose Antono Reyes birlikdə 15 kubok qazanıblar. 2007-ci ildə “Arsenal” tarixinin ən böyük ulduzlarından olan Tyerri Anri və Lassana Diarra komandadan ayrıldı. Anri “Barcelona”da 5 kubok qazandı, Diarra “Portsmut”la Federasiya Kubokuna sahib çıxdı, “Real”la La Liqa çempionluğunu və “Kral Kuboku”nu qazandı. 2008-ci ildə Londonu tərk edən Matyu Flamini, Aleksandr Qleb ve Cilberto Silva ilə yanaşı, 2009-cu ilin yolcuları Emmanuel Adebayor və Kolo Ture keçdikləri klublarda böyük zəfərlərə imza atdı. “Arsenal”da forma şansı qazanmayan və 2010-cu ildə komandadan gedən Fran Merida “Atletiko” ilə Super Kuboku alıb, 2011-ci ildə Londonla vidalaşan Kesk Fabreqas “Barselona”da 3 kuboka sahib çıxıb, Qael Klişi və Samir Nəsri ötən mövsüm “Mançester Siti” ilə çempion olub. Bu mövsüm isə komandanın ən böyük ulduzlarından Robin van Persi “Mançester Yunayted”ə, Aleks Sonq “Barselona”ya keçib, Teo Valkott ayrılığın bir addımlığındadı. |
|
Xəbər 983 dəfə oxundu. |
|
|