“Səbail” klubu mövsümün antirekorduna imza atıb | |
“Səbail”in Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası 8-ə çatıb. XVI turun “Qəbələ” ilə səfər matçında 0:2 hesabı ilə uduzan Bakı klubu sonuncu dəfə VIII turda qalib gəlib. Ötən il oktyabrın 25-də “Qarabağ” üzərində 3:1 hesablı qələbədən sonra 8 oyun keçirən Aftandil Hacıyevin yetirmələri 2 heç-heçə edib və 6 dəfə uduzub. Bu, mövsümün yeni antirekordudur. Bunadək ən uzun qələbəsizlik “Sabah”a məxsus idi. Paytaxt klubu çempionatın ilk 7 matçında qələbə qazana bilməmişdi. Üçüncü göstəriciyə “Sumqayıt” malikdir. İki dəfə altı oyunluq qələbəsizlik yaşayan komandanın bu seriyalarından biri davam etməkdədir. |
|
Xəbər 541 dəfə oxundu. |
|
|