"Qarabağ" - "Marsel" oyununu polşalı hakimlər briqadası idarə edəcək | |
"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun hakimləri müəyyənləşib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Bartoş Frankovski olacaq. Ona Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kjiştof Yakubik yerinə yetirəcək. Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. |
|
Xəbər 364 dəfə oxundu. |
|
|