Qazaxıstan klubu millimizin qapıçısı ilə maraqlanır | |
Futbol üzrə millimizin və “Qarabağ”ın qapıçısı Emil Balayev Qazaxıstanın “Turan” klubunun maraq dairəsinə düşüb. Ölkənin Premyer Liqa təmsilçisi "Turan" millimizin qolkiperi ilə maraqlanır. Klubun artıq 27 yaşlı qapıçı ilə danışıqlara başladığı bildirilib. Məlumata görə, 2021-ci ilin dekabrında Qazaxıstanın başqa bir klubu “Aktobe” E.Balayevi heyətinə cəlb etmək istəyib. Amma həmin vaxt əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndiyindən “Qarabağ” E.Balayevi buraxmayıb. Sayt iddia edib ki, bir ay sonra isə Ağdam klubu qapıçı ilə yolları ayırmağı mümkün sayıb. Bu zaman E.Balayevlə "Turan" da maraqlanıb. Bildirilir ki, onun komandaya keçidi baş məşqçisi Vladimir Qazzayevin dəvəti əsasında baş tuta bilər. Qapıçı 2019-cu ildə məhz V.Qazzayevin rəhbərliyi altında "Tobol"da çıxış edib. |
|
Xəbər 585 dəfə oxundu. |
|
|