Yeniyetmə və gənclər arasında karate üzrə Azərbaycan birinciliyi başa çatıb
Yeniyetmə və gənclər arasında karate üzrə 22-ci Azərbaycan birinciliyi başa çatıb.

Müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500-dən çox idmançının iştirak etdiyi ölkə birinciliyində “Təhsil” RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla birinci yeri tutub. “Qara qaplan” klubu 10 qızıl, 10 gümüş, 13 bürünc medalla ikinci yerə sahib olub. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan “Arpaçay” klubunun və DİN idman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüblər.

Yeniyetmə və gənclərin respublika birinciliyində fərqlənən idmançılar iyunda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün təlim-məşq toplanışında qatılacaqlar.

Xəbər 371 dəfə oxundu.