Finlandiyalı xizəkçi İyvo Niskanen üçqat Olimpiya çempionu olub
Finlandiyalı xizəkçi İyvo Niskanen üçqat Olimpiya çempionu olub.

30 yaşlı idmançı “Pekin-2022” Qış Olimpiya Oyunlarında kişilər arasında 15 kilometr məsafəyə klassik üsulla yarışda birinci olub. Atlet məsafəni 37 dəqiqə 54,8 saniyəyə qət edib.

İlk üçlüyü Rusiya Olimpiya Komitəsinin üzvü Aleksandr Bolşunov və Norveç təmsilçisi Yohannes Klebo tamamlayıblar.

İ.Niskansen “Soçi-2014”də sprint, “Pxençxan-2018”də isə 50 kilometr məsafəyə xizəkçilik yarışında qızıl medal qazanıb.

Üçqat Olimpiya çempionu “Pekin-2022”də ölkəsinə ilk qızıl medalı qazandırıb. Hazırda Finlandiya komandasının aktivində 1 qızıl, 1 gümüş və 2 medal var.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Xəbər 367 dəfə oxundu.