Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının idmançıları dünya birinciliyində iştirak edəcəklər
Martın 8-dən 13-dək Rusiyanın Suzdal şəhərində bütün karate növləri üzrə dünya birinciliyi keçiriləcək.

Yarışda milli komandamızın da üzvləri iştirak edəcəklər.

Dünya birinciliyində yarışlar 12-13, 14-15 və 16-17 yaş kateqoriyaları üzrə keçiriləcək.

Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov yarışın təşkilində əsas məqsədin bütün karate növləri üzrə güclü idmançıların müəyyənləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, idmanın bu növünün dünyada təbliği və dostluq əlaqələrinin qurulması olduğunu deyib.

Bildirib ki, turnirin hakimlər korpusu yarışdan əvvəl keçiriləcək seminardan sonra müəyyənləşəcək. Seminarda Azərbaycan təmsilçilərinin də iştirakı nəzərdə tutulub. Yaxın günlərdə Azərbaycan millisinin dünya birinciliyi üçün heyəti də açıqlanacaq.

Yarışa ciddi hazırlaşdıqlarını deyən A.Hünbətov millimizin heyətində yetərincə güclü idmançıların yer aldığını diqqətə çatdırıb.

Xəbər 408 dəfə oxundu.