“Qəbələ”nin sabiq kapitanı yenidən Azərbaycanda oynayacaq | |
“Qəbələ”nin sabiq kapitanı Vitali Balamestni yenidən Azərbaycanda oynayacaq. Ramiz Məmmədovun dönəmində şimal klubunun əsas oyunçusu olmuş hücumameyilli yarımmüdafiəçi 3 ildən sonra yenidən ölkəmizə qayıdıb. Amma 32 yaşlı oyunçu yüksək liqada oynamayacaq. Belə ki, rusiyalı legioner I divizionun iddialı klublarından olan “Neftçala” ilə sözləşmə imzalayıb. Qeyd edək ki, Vitali son olaraq, Rusiyanın ikinci divizion klubu “Qornyak”ın əsas oyunçusu olub |
|
Xəbər 913 dəfə oxundu. |
|
|