Azərbaycan Yüksək Liqası: “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib | |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib. Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq. Fevralın 12-də isə beşinci turun matçları keçiriləcək. Günə saat 15:00–da “Neftçi” - “Sərhədçi” qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – “Ekspress” matçı başlayacaq. Görüşlər “Murov” voleybol klubunun idman zalında baş tutacaq. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək. |
|
Xəbər 299 dəfə oxundu. |
|
|