“Keşlə”nin sabiq futbolçusu Serbiya klubu ilə müqavilə imzalayıb
Bakının “Keşlə” klubunun bu qış yollarını ayırdığı futbolçu Miyuşko Boyoviçun yeni komandası müəyyənləşib.

Monteneqrolu müdafiəçi Serbiyanın “İndija” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “İndija” Serbiyanın Birinci liqasında 48 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb.

Xəbər 308 dəfə oxundu.