Kişi şahmatçılardan ibarət komanda “Gıbchess Battle of the sexes 2022” turnirinin qalibi olub | |
Cəbəllütariqdə kişilər və qadınlar arasında keçirilən “Gıbchess Battle of the sexes 2022” komanda turniri başa çatıb. Müxtəlif ölkələrin şahmatçılarının qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edib. Şahmatçımız 10-cu turda öz lövhəsində zambiyalı Gillan Bvalya ilə heç-heçə edib. Bu turda qadınlardan ibarət komanda kişilərin yığmasına 3,5:6,5 hesabı ilə məğlub olub. Yekun nəticəyə görə, kişilərdən ibarət yığma qadın şahmatçılarına 53:47 hesabı ilə qalib gələrək turnirin qalibi olub. |
|
Xəbər 312 dəfə oxundu. |
|
|