Mahir Emreli Xorvatiyada legioner həyatı yaşayan ilk azərbaycanlı futbolçu olub
“Dinamo Zaqreb” komandasına keçən Mahir Emreli Xorvatiyada legioner həyatı yaşayan ilk azərbaycanlı futbolçu olub.

25 yaşlı hücumçuyadək heç bir həmyerlimiz Xorvatiyada çıxış etməyib.

Lakin M.Emreli yalnız Azərbaycan futbolunun yetirmələri arasında birincidir. AFFA-nın milliləşdirdiklərini nəzərə alsaq, forvard Xorvatiya liqasındakı 3-cü təmsilçimiz olacaq.

Onlardan biri elə xorvatiyalıdır. AFFA-nın azərbaycanlılaşdırdığı Filip Ozobiç əsl vətənində “Hayduk” və “Slaven”in formasını geyinib. Xorvatiyada çıxış edən digər azərbaycanlı da legionerdir. Bu, rusiyalı Ruslan Qurbanovdur. O, “Hayduk”un şərəfini qoruyub.

Qeyd edək ki, M.Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xəbər 370 dəfə oxundu.