İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib | |
Futbol üzrə İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə qovulub. O, milli komandanın sükanı arxasında cəmi 2 oyun keçirib. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib. Jelko Petroviç ötən ilin noyabrında baş məşqçi postunda Dik Advokatı əvəzləmişdi. |
|
Xəbər 329 dəfə oxundu. |
|
|