Paulino De Souza Pereyra özünə yeni komanda tapıb
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappinin heyətdə görmək istəmədiyi Paulino De Souza Pereyra özünə yeni komanda tapıb. Son 2 ildə “dəmiryolçular”ın şərəfini qorumuş braziliyalı legioner karyerasını Yaponiyada davam etdirəcək.

32 yaşlı hücumçu “Gündoğar ölkə”nin “Hisamitsu Sprinqs” klubu ilə razılığa gələrək, 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, Pereyra “Azərreyl”lə “Çelenc Cup”ın qalibi olsa da, Super Liqada uğursuz olub.

Xəbər 1211 dəfə oxundu.