Şahmatçılarımız beynəlxalq turnirdə liderliklərini davam etdirirlər | |
Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq qrosmeyster və usta normalı turnirdə Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər. Beynəlxalq qrosmeyster normalı turnirdə şahmatçımız Kənan Qarayev 7 turdan sonra 5 xal, beynəlxalq usta normalı turnirdə isə digər şahmatçımız Azər Mirzəyev 7 turdan 6,5 xal toplayaraq liderliklərini davam etdirirlər. Hər iki turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışlar fevralın 3-dək davam edəcək. |
|
Xəbər 328 dəfə oxundu. |
|
|