Bakıda AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib | |
Fevralın 2-də Bakıda AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azsort.az AFFA-ya istinadla xəbər verir ki, iclasda Tural Piriyev “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru təyin olunması, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakının təsdiqlənməsi və komandanın baş məşqçi Samir Əliyevə həvalə edilməsi barədə qərar qəbul edilib. Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyük hesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/2023-cü il mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq, U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq. Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlanması barədə qərar qəbul edilib. Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmayıb. |
|
Xəbər 347 dəfə oxundu. |
|
|