AFFA "Qarabağ"ın "Marsel" ilə görüşü üçün UEFA-ya müraciət edib | |
AFFA Ağdamın "Qarabağ" klubunun Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada "Marsel" ilə görüşü üçün UEFA-ya müraciət edib. Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov fevralın 2-də təşkil olunan mətbuat konfransında deyib. Həftəsonu təhlükəsizliklə bağlı videokonfransın təşkil olunacağını bildirən E.Məmmədov deyib: "Fransa Futbol Federasiyasının prezidenti və baş katibinə təhlükəsizliklə bağlı məktub göndərmişəm. Baş katib UEFA-da rəhbərlik etdiyim komitədə müavindir. Bizə qarşı hər zaman təxribatlar etməyə çalışırlar. UEFA-nın xüsusi nümayəndəsi "Qarabağ"ın "Bazel"lə oyununda iştirak edirdi. "Marsel"lə qarşılaşmada da xüsusi nümayəndə olacaq. Fransadakı səfirə də məktub göndərmişik. O da dövlət səviyyəsində məsələni gündəmi gətirəcək". E.Məmmədov vurğulayıb ki, futbolda təxribatlar olmamalıdır: "Bizim nümayəndələrimiz heç vaxt heç kimə təxribat etmirlər. UEFA da belə hallara öz mənfi rəyini verir və inanıram ki, qarşısını alacaqlar". |
|
Xəbər 342 dəfə oxundu. |
|
|