Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin daha iki görüşü keçiriləcək | |
Bu gün futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Günün ilk matçında “Zirə” klubu “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək. Komandalar indiyədək ölkə kubokunda iki dəfə qarşılaşıb. Hər iki dueldə mərhələni “Zirə” adlayıb. “Səbail” isə qələbə qazana bilməyib. Dörd oyunundan üçü “Zirə”nin xeyrinə başa çatıbsa, bir görüşdə qalib müəyyənləşməyib. Günün son oyunu ötən mövsümün finalçısı “Sumqayıt” klubu ilə “Qəbələ” arasında olacaq. “Kapital Bank Arena”dakı qarşılaşma saat 19:15-də start götürəcək. Matçın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq. Azərbaycan kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər üç il əvvəl finalda görüşüblər. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib. Xatırladaq ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qarabağ” klubu “Keşlə” komandasını 1:0 hesabı ilə məğlub edib. “Sabah”-“Neftçi” oyunu isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, dörddəbir final matçının cavab görüşləri fevralın 11-də və 12-də keçiriləcək. |
|
Xəbər 356 dəfə oxundu. |
|
|