Sabah Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start veriləcək | |
Fevralın 1-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start veriləcək. Ölkə çempionatının dördüncü turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcəklər. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” oyununa start veriləcək. Qeyd edək ki, birinci dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir. Xatırladaq ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq. |
|
Xəbər 414 dəfə oxundu. |
|
|