“Qəbələ” klubu növbəti transferini gerçəkləşdirib | |
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində növbəti transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçla müqavilə imzalayıb. İyirmi yaşlı müdafiəçinin sözləşməsi 2022-2023-cü il mövsümünün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, son klubu “Bayrampaşa” olan Samet Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. “Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb. |
|
Xəbər 333 dəfə oxundu. |
|
|