“Sağlam gələcək idmanla gələcək” devizi ilə qızlar arasında basketbol üzrə turnir keçirilib | |
Yanvarın 29-da Nərimanov rayonunda “Sağlam gələcək idmanla gələcək” devizi ilə qızlar arasında basketbol (3x3) idman növü üzrə turnir keçirilib. 212 nömrəli tam orta məktəbin idman zalında baş tutan yarış 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində təşkil edilib. Yarışda 2 yaş qrupu üzrə - 2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü gənc qızlar iştirak ediblər. Turnirdə fərqlənən komandalar yekunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar. |
|
Xəbər 336 dəfə oxundu. |
|
|