Azərbaycanın və Çilinin şahmat ictimaiyyəti arasında əməkdaşlığın yaradılması məsələləri müzakirə olunub | |
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova və Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq ilə görüşüb. Görüşdə hər iki ölkənin şahmat ictimaiyyəti arasında əlaqələrin yaradılması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər bu əməkdaşlığın faydalı olacağını vurğulayıblar. Söhbət zamanı, həmçinin Fidel Koloma Qrimberqə ölkəmizdə keçirilən tədbirlər və şahmatçılarımızın beynəlxalq arenada qazandıqları uğurlar barədə məlumat verilib. |
|
Xəbər 347 dəfə oxundu. |
|
|