Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər | |
Azərbaycan kikboksinqçiləri Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Kikboksinq millimiz üçün ilin ilk mötəbər turnir sayılan İslamiadada hansı çəki dərəcələri üzrə yarışların keçiriləcəyi müəyyənləşib. Belə ki, idmançılar yarışda kikboksinqin 3 növü - “full kontakt”, “lou kik” və “point faytinq” üzrə mübarizə aparacaqlar. İlk 2 növ üzrə yarışlar rinqdə, “point faytinq” üzrə mübarizə isə tatamidə baş tutacaq. “Full kontakt” və “lou kik” növlərinin hər biri üzrə kişilərdə 12, qadınlarda 6 çəki dərəcəsi üzrə qarşılaşmalar keçiriləcək. “Point faytinq” üzrə isə kişilər 9, qadınlar isə 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də keçiriləcək. İslamiadada kikboksinq yarışları isə avqust 15-18-də baş tutacaq. Yarış üçün millimizin heyəti fevralın 22-24-də Bakıda keçiriləcək respublika çempionatından sonra müəyyənləşəcək. |
|
Xəbər 326 dəfə oxundu. |
|
|