"Qarabağ"ın oyunu qara görə ləngiyib | |
"Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb. Buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub. Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib. Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib. Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla" (Krakov) klubu ilə qarşılaşacaq. |
|
Xəbər 339 dəfə oxundu. |
|
|