Bu gün “Zirə” klubu Antalya toplanışında sonuncu yoxlama oyununu keçirəcək | |
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən Bakının “Zirə” klubu Antalya toplanışında sonuncu yoxlama oyununu keçirəcək. Rəşad Sadıqovun yetirmələri hazırlıq prosesində üçüncü matçda “Breqaniça” ilə üz-üzə gələcəklər. Şimali Makedoniya təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bunadək Antalyada iki oyuna çıxan “Zirə” Macarıstanın “Peç” (3:5) və Polşanın “Qurnik” (2:2) komandaları ilə görüşüb. Qeyd edək ki, toplanışı bu görüşlə başa vuracaq “Zirə” sabah Bakıya qayıdacaq. |
|
Xəbər 334 dəfə oxundu. |
|
|