“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Macarıstan təmsilçisi ilə mübarizə aparacaq | |
Yanvarın 22-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçiriləcək. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda macarıstanlı Riçard Rapportla qarşılaşacaq. Qeyd edək ki, altı turdan sonra Ş.Məmmədyarov 4 xalla hindistanlı Vidit Santoş Qucrati ilə ilk iki pilləni bölüşür. Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir. |
|
Xəbər 281 dəfə oxundu. |
|
|