Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirinin altıncı turunda heç-heçə edib
Yanvarın 21-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin altıncı turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda isveçli Nils Qradelius ilə görüşüb. Ağ fiqurlarla oynayan şahmatçımız 16-cı gedişdə heç-heçəyə razılaşıb.

Altı turdan sonra Ş.Məmmədyarov 4 xalla hindistanlı Vidit Santoş Qucrati ilə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 322 dəfə oxundu.