Aquero 1 aylıq offsaydda
«Mançester Siti»nin məşqçilər qərargahı zədəli forvard Serxio Aqueronun oyunlara bir aydan sonra qayıdacağına ümid bəsləyir. İdman.com.az saytının məlumatına görə, argentinalı bombardir çempionatın ilk turunda «Sauthempton»la matçda ayağını ciddi zədələmişdi.

Futbolçu ciddi zədədən yayına bilsə də, müəyyən fasiləyə ehtiyacı olub. Onun yığmaların oyununa fasilədən sonra meydana qayıdışına ümid bəslənilir.

Futbolçunun «Liverpul» və KPR-lə oyunları buraxacağı dəqiqdi. Laki n sentyabrın 23-də «Arsenal»a qarşı ev oyununa, bəlkə də daha 8 gün öncə «Stok Siti» ilə səfər matçına çıxacağını güman etmək olar.

Xəbər 1050 dəfə oxundu.