Avstraliyalı gimnast Bakıda təlim-məşq toplanışını davam etdirir | |
Bədii gimnastika üzrə Avstraliya yığma komandasının üzvü Aleksandra Kiroy-Boqatıryova Milli Gimnastika Arenasında təlim-məşq toplanışını davam etdirir. Ötən ilin dekabrından Bakıda təlim-məşq toplanışı keçən gimnast yerli idmançılarla birgə hazırlaşır. Gimnastın hazırlıq prosesinə azərbaycanlı məşqçilər nəzarət edirlər. Avstraliya gimnastının təlim-məşq toplanışına yanvarın sonunda yekun vurulacaq. |
|
Xəbər 371 dəfə oxundu. |
|
|