Futzal üzrə Azərbaycan millisinin iki üzvündə koronavirus aşkarlanıb | |
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandası bu ölkənin komandası ilə keçirilmiş yoldaşlıq oyununda 2 futzalçının xidmətindən istifadə edə bilməyib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Belçika millisi ilə yoldaşlıq oyunundan əvvəl götürülən COVID-19 testi Eduardo Borgesdə pozitiv, Rafael Vilelada isə şübhəli çıxıb. Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınıb. Belçika – Azərbaycan yoldaşlıq oyununa meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekun vurulub. Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. |
|
Xəbər 348 dəfə oxundu. |
|
|