Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib | |
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq. Yanvarın 18-də üçüncü tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək. Yanvarın 21-də isə birinci turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq. |
|
Xəbər 686 dəfə oxundu. |
|
|