İsrail millisində itki | |
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan İsrail komandası ciddi itki ilə üzləşib. İdman.com.az saytının məlumatına görə, İsrail yığmasının mərkəz müdafiəçisi Beram Kayal zədələnib. Şotlandiyanın "Seltik" klubunda forma geyinən futbolçunun ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Belədə 24 yaşlı futbolçu sentyabrın 7-də millimizlə, 4 gün sonra isə Rusiya yığması ilə keçiriləcək görüşləri buraxmalı olacaq. Qeyd edək ki, Azərbaycan - İsrail oyunu sentyabrın 7-də, saat 21:00-da başlayacaq. |
|
Xəbər 1111 dəfə oxundu. |
|
|