Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək
Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Komandamız Borgloon şəhərində Belçika yığmasının qonağı olacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyun azarkeşlər üçün qapalı keçiriləcək. Yüngül zədəsi olan İsa Atayev matçda iştirak etməyəcək.

Görüşü yerli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İbrahim Eljilali olacaq. Ona Juan Boelen və Kris Feytons kömək edəcəklər.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 344 dəfə oxundu.