Şəhriyar Məmmədyarov növbəti turda da heç-heçə edib | |
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar. Qeyd edək ki, şahmatçımızın birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb. Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir. |
|
Xəbər 283 dəfə oxundu. |
|
|