Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb
Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borgloon şəhərində Belçika yığması ilə keçiriləcək yoldaşlıq oyununa avtobusla yollanacaq. Belçika-Azərbaycan yoldaşlıq matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Millimizin heyətində Rövşən Hüseynli, Ramiz Çovdarov İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Emanoel Joao Rodrigues (hamısı "Araz-Naxçıvan"), Oliveira Villiams ("Sporting Paris", Fransa), Everton Kardoso “Levante U.D", İspaniya), Emin Kürdov (EKOL), Cohnatas Felipe ("Araz-Naxçıvan"), Eduardo Borges ("Halle-Gooik", Belçika), Rafael Vilela ("Palma Futsal", İspaniya), Fineo De Araujo ("Sporting Paris", Fransa) və Tiaqo Teles Martins (ACCS FUTSAL, Fransa) yer alıblar.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 331 dəfə oxundu.