«Barselona» oyunçularını satmağa tələsir | |
Avqustun 31-də transfer pəncərəsinin bağlanmasınadək «Barselona» bir neçə oyunçusunu satmağa tələsir. Bunu klubun idman direktoru Andoni Subisarreta bəyan edib: «Biz heyətin kompakt olmasını istəyirik. Bu səbəbdən bir neçə transferlə yaxın günlərdə ciddi məşğul olmağı planlaşdırırıq. Agentlərlə sıx əlaqələr qurmuşuq ki, hər bir oyunçumuz üçün karyerasının davamı üçün ən yaxşı yer seçə bilək». İdman.com.az saytı xəbər verir ki, Subisaretta konkret adları çəkmək istəməyib. Lakin güman olunur ki, söhbət ilk növbədə İbrahim Afellay, Mark Bartr və Conatan dos Santosdan gedir. |
|
Xəbər 929 dəfə oxundu. |
|
|