Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib | |
Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları yanvarın 14-də təşkil olunacaq. Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da start götürəcək. Bu matçdan 2 saat sonra UNEC – “Murov” oyunu başlayacaq. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq. |
|
Xəbər 305 dəfə oxundu. |
|
|