Milan qalaqurması | |
Çərşənbə günü iki Milan klubunun oyunçu barteri rəsmən elan olunub. İdman.com.az saytının məlumatına görə, İtaliya yığmasının forvardı Antonio Kassano indi karyerasını «İnter»də davam etdirəcək. Onun qarşı tərəfdəki həmkarı Campaolo Passini isə «Milan»da forma geyinəcək. 30 yaşlı Kassano «İnter»lə 2 illik müqaviləyə imza atıb. 28 yaşlı Passininin müqavilə şərtləri isə açıqlanmır. İtaliya mətbuatı sazişin daha bir maraqlı tərəfini göstərir. «İnter» kompensasiya kimi əlavə 7 milyon avro ödəycəcək. Kassano yeni klubunda 99 nömrəli köynəklə oynayacaq: «Bu rəqəm mənim üçün çox əhəmiyyətlidir. O məndə «Sampdoriya»da da var idi, «Milan»da da. «İnter» rəhbərliyindən iki «9» istədim, onlar da razı oldular» - deyə futbolçu bu addımının səbəbini açıqlayıb. Kassano həm də hələ uşaqlıqdan azarkeşi olduğu bir komandada oynayacağına sevindiyini qeyd edib. «İnter»in prezidenti Massimo Moratti də bu sazişdən məmnunluğunun bildirib: «Hər kəs komandasında Antonio kimi bir oyunçu görmək istəyər». «İnter»də hər kəs sevinsə də, keçidin əsas səbəbi kimi İtaliyada futbolçunun özünün «Milan»ı tərk etmək istəym göstərilir. Hələ bir neçə ay öncə Antonio karyerasının davamı kimi «Cenoa»nı göstərirdi. Bu şəhər onun xanımına doğma idi, üstəlik qalmaqalla tərk etdiyi «Sampdoriya»ya da bir acıq vermək istəyirdi. |
|
Xəbər 1100 dəfə oxundu. |
|
|