Nazir Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb | |
Yanvarın 11-də gənclər və idman nazir Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb. Respublika Olimpiya Mərkəzində keçirilən görüşdə autizmlilərə verilən idman təliminin bir qismi nümayiş olunub. Qeyd olunub ki, autizmlilərin reabilitasiyasında idmanın çox böyük rolu var. Müxtəlif idman növləri üzrə (stolüstü tennis, atletika, velosiped idmanı, bocce və s.) təlimlər keçirilir. Görüşdə təlimlər və yarışlar barədə məlumat verilib. Fərid Qayıbov autizmli uşaqların idman məşğələlərinə cəlb edilməsi və reabilitasiyasına diqqətin artırılması mövzusunda mütəxəsisslərlə fikir mübadiləsi aparıb. Görüş çərçivəsində bocce idman növünün kiçik təqdimatı da olub. |
|
Xəbər 528 dəfə oxundu. |
|
|