"Qarabağ" xal itirdi | |
Bu gün Azərbaycan Premyer Liqasında IV turun oyunlarına start verilib. İdman.com.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Mövsümə ugurla başlayan "Qarabağ" klubu "Dalğa Arena"da "Rəvan"ı qəbul edib. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə liderliyini qoruyacaq. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Qeyd edək ki, turun qalan görüşləri sabah və biri gün keçiriləcək. Azərbaycan Premyer Liqası. IV tur 24 avqust (cümə) 20:00. “Qarabağ” – “Rəvan” - 0:0 Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vaqif Musayev, Vüsal Əliyev AFFA nümayəndəsi: Rauf Əmirov Hakim-inspektor: Murad Məmmədov Dalğa Arena |
|
Xəbər 870 dəfə oxundu. |
|
|